“Sumqayıt” “Səbail”ə, “Sabah” “Kəpəz”ə qalib gəldi
04.03.2023 , 20:27

Bu gün Azərbaycan Premyer Liqasında XXV turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, açılış matçında turnir cədvəlinin sonuncusu “Səbail” 9-cu pillədəki “Sumqayıt”ı qəbul edib və 0:1 hesabı ilə uduzub.
Günün digər matçında ardıcıl iki tur uduzan “Sabah” Gəncənin “Kəpəz” klubu ilə qarşılaşıb. Oyun mrydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXV tur
4 mart
“Səbail” – “Sumqayıt” – 0:1
Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Vüqar Həsənli
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“ASCO Arena”, 16:00
Əvvəlki oyunlar: 1:0, 0:2.
“Sabah” – “Kəpəz” – 2:0
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Bank Respublika Arena”, 18:30
Əvvəlki oyunlar: 5:0, 2:2.
