“Səbail” “Sumqayıt”a qalib gəldi
14.11.2020 , 17:45

UEFA Millətlər Liqasının oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” yoxlama oyunu keçirib.
Korner.az xəbər verir ki, Ayxan Abbasovun komandası Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında “Səbail”lə qarşılaşıb.
Qarşılaşma paytaxt klubunun 2:0 hesablı qələbəsilə başa çatıb.
Yoxlama oyunu
14 noyabr
“Sumqayıt” – “Səbail” – 0:2
Qol: Amil Yunanov, 75, Bahadur Həziyev, 82
