“Səbail”dən qələbə, “Neftçi” “Turan Tovuz”la heç-heçə etdi
08.10.2022 , 21:30

Azərbaycan Premyer Liqasında bu gün IX turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında “Səbail” evdə “Sumqayıt”ı qəbul edib və 1:0 hesablə qələbə qazanıb.
Günün digər oyununda “Neftçi” “Turan Tovuz”u sınağa çəkib. Görüş 0:0 hesablı hrç-heçə ilə bitib.
Tura sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
IX tur
8 oktyabr (şənbə)
17:00. “Səbail” – “Sumqayıt” – 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamran Əliyev
Hakim-inspektor: Orxan Məmmədov
“ASCO Arena”
19:30. “Neftçi” – “Turan Tovuz” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rəhman İmami, Səbuhi Bayramov
Hakim-inspektor: Asim Xudiyev
“Bakcell Arena”
