“Səbail”dən qələbə, “Neftçi” “Qarabağ”a məğlub oldu
12.09.2021 , 22:31

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulub.
Korner.az xəbər verir ki, günün ilk matçında “Sumqayıt” “Səbail”in qonağı olub və 0:1 hesabı ilə uduzub. Tura mərkəzi qarşılaşma ilə yekun vurulub. “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edib. Ağdam təmilçisi bu görüşdə 2:1 hesabı ilə qalib gəldi.
12 sentyabr
Azərbaycan Premyer Liqası, 3-cü tur
18:00. “Səbail” – “Sumqayıt” – 1:0
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Elçin Məsiyev
“ASCO Arena”.
20:30. “Neftçi” – “Qarabağ” – 1:2
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Kamal Umudlu
“Bakcell Arena”.
