“Səbail” “Şaxtyor”un futbolçusunu icarəyə götürdü
12.08.2022 , 20:53

“Səbail” heyətinə yeni futbolçu qatıb.
Korner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi “Şaxtyor”dan (Donetsk, Ukrayna) Maksim Çexi icarəyə götürüb. 23 yaşlı yarımmüdafiəçi ilə bu mövsümün sonunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Maksim Çex 2019-cu ildə Ukraynanın U-20 milli komandası ilə dünya çempionatının qalibi olub.
