“Neftçi” “Sabah”a məğlub oldu
23.10.2022 , 20:35

Bu gün Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
Günün ilk matçı Bayılda olacaq. “Səbail” “ASCO Arena”da “Şamaxı”nı qəbul edib. Görüşdə hesab açılmayıb.
Turun və günün son matçı “Bakcell Arena”da keçirilib. Mövsümün iddialı komandalarından “Sabah” burada “Neftçi”nin qonağı olub və 3:2 hesablı qələbə qazanıb.
Azərbaycan Premyer Liqası
XI tur
23 oktyabr
16:00. “Səbail” – “Şamaxı” – 0:0
Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov
Hakim-inspektor: Ramil Diniyev
“ASCO Arena”
18:30. “Neftçi” – “Sabah” – 2:3
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
“Bakcell Arena”
