“Səbail” Şahin Diniyevlə bağlı qərarını verdi
29.05.2024 , 18:57

“Səbail” baş məşqçisi Şahin Diniyevlə müqavilə müddətini uzadıb.
Korner.az xəbər verir ki, 57 yaşlı mütəxəssis daha bir il Bakı təmsilçisini çalışdıracaq.
Qeyd edək ki, Ş.Diniyev 2022-ci ildən “Səbail”in baş məşqçisidir. Komanda Premyer Liqada son mövsümü 42 xalla 7-ci pillədə başa vurub.
