“Səbail” və “Zirə”dən qələbə
26.09.2020 , 22:08

Azərbaycan Premyer Liqasında IV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün daha iki matç keçirilib. Əvvəlcə “Səbail” öz meydanda Sabah”ı qəbul edib. Meydan sahibləri bu görüşdən qələbə ilə ayırılıb – 2:1.
Günün digər oyununda isə “Zirə” “Keşlə”nin qonağı olub. Matç “qartallar”ın 3:2 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
IV tur
26 sentyabr
18:00. “Səbail” – “Sabah” – 2:1
Qol: Əfran İsmayılov, 56 (pen.), Rauf Əliyev, Ramil Şeydayev, 27
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
“ASKO Arena”
20:15. “Keşlə” – “Zirə” – 2:3
Qollar: Silvio Rodriqes, 10 – Klesio Bauk, 21, 69, Davit Volkov, 79 (pen.)
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”
