“Səbail” Rumıniya klubu ilə heç-heçə etdi
21.01.2020 , 19:28

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün növbəti yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Aftandil Hacıyevin komandası “Voluntari” klubu ilə qarşılaşıb. Rumıniya təmsilçisi ilə görüş bərabərliklə başa çatıb – 2:2.
“Səbail” Antalya toplanışı çərçivəsində Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub.
Yoxlama oyunu
21 yanvar
17:00 “Səbail” – “Voluntari” – 2:2
Qol: Ruslan Hacıyev, 21, Mirsahib Abbasov, 90
