“Zirə” və “Qəbələ” avrokuboklarda
15.05.2022 , 19:00

Bu gün Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bütün matçlar eyni vaxtda – saat 17:00-da start götürüb.
“Qəbələ” “Şamaxı”nı məğlub edib və “Sabah”ın xal itirməsiylə avrokuboklara vəsiqəni təmin edib.
“Zirə” isə “Neftçi”ni minimal hesabla məğlub edərək, Konfrans Liqasında oynamaq hüququ qazanıb.
Azərbaycan Premyer Liqası
XXVII tur
15 may (bazar)
“Səbail” – “Qarabağ” – 0:3
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 17:00
“Sabah” – “Sumqayıt” – 2:2
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Rahil Ramazanov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Bank Respublika Arena”, 17:00 (“CBC Sport”/canlı)
“Şamaxı” – “Qəbələ” – 0:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Şamaxı şəhər stadionu, 17:00 (pfl.az/canlı)
“Zirə” – “Neftçi” – 1;0
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, İnqilab Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Zirə İdman Kompleksinin stadionu, 17:00 (cbcsport.az/canlı)
