“Səbail” qələbə ilə başladı
16.01.2019 , 14:37

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan “Səbail” bu gün ilk sınaq matçına çıxıb.
Paytaxt təmsilçisi ilk oyunda Macarıstanın “Aqvital” klubu ilə üz-üzə gəlib. Görüş təmsiilçimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Səbail”in qollarını Kevin Kubemba (44) və Ruslan Qurbanov (68, 90) vurub.
Qeyd edək ki, “Səbail” bu görüşdən başqa, Antalyada daha 2 sınaq matçı keçirəcək. Bakı təmsilçisi yanvarın 21-i “Desna” (Ukrayna), yanvarın 24-ü isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.
Yoxlama oyunu
16 yanvar
“Səbail” (Azərbaycan) – “Aqvital” (Macarıstan) – 3:2
