“Qəbələ” və “Qarabağ”dan qələbə
07.11.2021 , 21:39

Bu gün Azərbaycan Premyer Liqasında “Zəfər turu”na yekun vurulub.
Korner.az xəbər verir ki, tutun son günündə 2 matç keçirilib.
Əvvəlcə “Səbail” “Qəbələ”ni qəbul edib və 0:2 hesabı ilə uduzub. Digər oyunda isə “Qarabağ” “Sumqayıt”ın qonağı olub. Ağdam təmsilçisi 4 cavabsız qolla qalib gəlib.
7 noyabr
15:00. “Səbail” – “Qəbələ” – 0:2
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
“ASCO Arena”
19:30. “Sumqayıt” – “Qarabağ” – 0:4
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”.
