“Səbail” və “Neftçi”dən qələbə
16.02.2020 , 21:00

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura yekun vurulub.
Korner.az xəbər verir ki, sonuncu oyun günündə də iki qarşılaşma baş tutub.
İlk matçda “Səbail” və “Qəbələ” ilə üz-üzə gəlib. Matç paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 3:1.
Turun qapanış matçında isə “Neftçi” paytaxt təmsilçisi “Keşlə”ni qəbul edib. Bu görüşdə “ağ-qaralar” qalib gəlib.
Ötən gün baş tutan oyunlarda “Qarabağ” səfərdə “Zirə”yə 6:0, “Sabah” isə “Sumqayıt”a 2:1 hesabıyla qalib gəlib.
Azərbaycan Premyer Liqası
XVII
16 fevral
“Səbail” – “Qəbələ” – 3:1
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev.
Bakı. “ASCO Arena”, 16:30
“Neftçi” – “Keşlə” – 3:1
Qol: Baqali Dabo, 11, Mamadu Mboc, 17, Monroz, 68, Meza Kolli, 53(pen)
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev.
Bakı. “Bakcell Arena”, 19:00.
