“Səbail” Polşa klubuna qalib gəldi
25.01.2020 , 17:56

Antalyada təlim-məşq toplanışında olan “Səbail” bu gün hazırlıq prosesi çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, komanda Polşanın yüksək liqa təmsilçisi “Korona”yla üz-üzə gəlib. Görüş paytaxt təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib.
“Səbail” Antalya toplanışı çərçivəsində daha öncə Qazaxıstanın “Jetısu” klubuna 0:1, Ukrayna “Olimpik”inə isə 0:3 hesabıyla uduzub, Rumıniya təmsilçisi “Voluntari” ilə heç-heçəyə (2:2) razılaşıb.
Yoxlama oyunu
25 yanvar
16:00. “Səbail” – “Korona” (Polşa) – 1:0
Qol: Hendrik Ekşteyn
“Səbail”: 1. Aleksandr Rıbka, 3. Turan Manafov, 6. Maykl Essyen, 7. Fəhmin Muradbəyli, 10. Rauf Əliyev, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 21. Peyman Keşavarz, 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 77. Ədilxan Qarəhmədov
