“Səbail” onunla “davam” dedi
05.06.2024 , 16:45

Yeni mövsümə hazırlaşan “Səbail” daha bir futbolçusu ilə müqaviləsini uzadıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xdməti məlumat yayıb.
Paytaxt təmsilçsi Hüseynəli Quliyevlə sözləşməni uzadıb. 24 yaşlı qapıçı növbəti iki mövsümdəbu komandanın uğurları üçün çalışacaq.
Futbolçu “dənizçilər”in heyətində ötən mövsüm 5 oyunda (450 dəqiqə) meydana çıxıb.
Qeyd edək ki, Hüseynəli 2022-ci ilin fevral ayından “Səbail”in formasını geynir.
