“Səbail” onu göndərdi
14.03.2020 , 16:33

“Səbail” Futbol Akademiyasının direktoru Yan Yaap Şmaal paytaxt klubundan ayrılıb.
Korner.az xəbər verir ki, bu barədə “dənizçilər”in rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, niderlandlı mütəxəssis müqaviləsinin bitməsi ilə əlaqədar klubdan ayırılıb.
