Ölkə futbolu

“Səbail” yenə məğlub oldu

18.01.2020 , 20:12

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Səbail” bu gün ikinci yoxlama oyununu keçirib.

Korner.az xəbər verir ki, Aftandil Hacıyevin komandası Ukraynanın “Olimpik” klubu ilə üz-üzə gəlib. Qarşılaşma paytaxt təmsilçisinin məğlubiyyəti ilə başa çatıb – 1:3.

“Səbail” Antalyadakı ilk sınağında Qazaxıstanın “Jetısu” klubuna 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi yanvarın 21-də “Voluntari” (Rumıniya), 25-də isə “Korona” (Polşa) klubları də qarşılaşacaq.

Yoxlama oyunu

18:00 “Səbail” – “Olimpik” (Donetsk)
“Miracle Resort Otel” – 1:3

Son yazılar

Yuxarı