“Səbail” – “Neftçi” oyunu FİFA referisinə tapşırıldı
07.05.2021 , 14:40

Azərbaycan Premyer Liqasında 26-cı turun iki oyunu üçün hakim təyinatları açıqlanıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, sabah keçiriləcək “Keşlə” – “Sumqayıt” matçı Rəşad Əhmədova, “Səbail” – “Neftçi” oyunu isə FİFA referisi Elçin Məsiyevə tapşırılıb.
8 may (şənbə)
“Keşlə” – “Sumqayıt”
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
“ASK Arena”, 18:00
“Səbail” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslüm Əliyev, İnqilab Məmmədov
“ASCO Arena”, 20:15
