“Səbail” Maykl Essyeni qeydiyyatdan keçirdi
27.03.2019 , 19:33

“Səbail” klubu yeni transferi Maykl Essyeni PFL-dən qeydiyyatdan keçirib.
Təcrübəli futbolçu qarşıdakı oyunlarda komandasına kömək edə biləcək. O, paytaxt təmsilçisinin heyətində 6 nömrəli formada çıxış edəcək.
“Səbail” Azərbaycan Premyer Liqasının növbəti turunda səfərdə “Zirə”nin qonağı olacaq.
Qeyd edək ki, Essyen “Səbail”lə 2020-ci ilin yayına qədər sözləşmə imzalayıb.
