Ölkə futbolu

“Səbail” Maykl Essyen transferini rəsmən açıqladı

16.03.2019 , 16:29

Əfsanəvi qanalı futbolçu Maykl Essyenin “Səbail”ə keçidi rəsmiləşib. Bu barədə məlumatı klub rəsmi saytı vasitəsilə yayıb.

37 yaşlı ulduz futbolçu ilə 1,5 illik müqavilə imzalanıb. Essyen həmçinin”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.

Qeyd edək ki, peşəkar karyerasına “Bastiya”da başlayan Essyen “Çelsi”, “Real” və “Milan” kimi nəhəng klubların formasını geyinib. Yarımmüdafiəçi “Çelsi”nin heyətində 168 matçda 19 qol vurub

Son yazılar

Yuxarı