Transferlər

“Səbail” makedoniyalı futbolçu transfer etdi

31.07.2018 , 10:57

“Səbail” növbəti transferini həyata keçirib. Paytaxt təmsilçisi makedoniyalı müdafiəçi Tome Kitanovskini heyətinə qatıb.

Kitanovski son olaraq Xorvatiyanın “Slaven Belupo” komandasında çıxış edib.

Qeyd edək ki, “Səbail” yay transfer dönəmində Rahid Əmirquliyev, Ağabala Ramazanov, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Vüqar Bəybalayev, İqor Korotetski, Kevin Brandon Kubemba və Enrike Moura kimi futbolçularla güclənib.

Son yazılar

Yuxarı