“Səbail” Macarıstan təmsilçisi ilə üz-üzə
16.01.2019 , 09:43

Mövsümün ikinci hissəsinə Antalyada hazırlaşan “Səbail” bu gün ilk sınaq matçına çıxacaq.
Paytaxt təmsilçisi ilk oyunda Macarıstanın “Aqvital” klubu ilə üz-üzə gələcək. Görüşün başlama saatı hələlik açıqlanmayıb.
Xatırladaq ki, komandalar əslində dünən qarşılaşmalı olsalar da, Antalyada davam edən əlverişsiz hava şəraitinə görə oyun təxirə salınıb.
Qeyd edək ki, “Səbail” bu görüşdən başqa, Antalyada daha 2 sınaq matçı keçirəcək. Bakı təmsilçisi yanvarın 21-i “Desna” (Ukrayna), yanvarın 24-ü isə “Kaysar”la (Qazaxıstan) qarşılaşacaq.
Yoxlama oyunu
16 yanvar
“Səbail” (Azərbaycan) – “Aqvital” (Macarıstan)
