“Səbail” Macarıstan klubuna qarşı
15.01.2019 , 09:28

Türkiyənın Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” bu gün ilk yoxlama matçına çıxacaq.
Paytaxt təmsilçisi Macarıstanın “Aqvital” klubu ilə qarşılaşacaq. Görüş saat 18:00-da start götürəcək.
Qeyd edək ki, “Aqvital” Macarıstanın birinci divizionunda çıxış edir.
Əlavə edək ki, Aftandil Hacıyevin komandası Antalya hazırlığı müddətində 4 yoxlama oyunu keçirməyi planlaşdırır.
15 yanvar
Yoxalama oyunu
18:00. “Səbail” – “Aqvital” (Macarıstan)
