“Səbail”in bu qış yollarını ayıracağı futbolçuların adları müəyyənləşib.
Topaz Premyer Liqasının debütantı üç legionerini yola salacaq. Söhbət Jarskis Eqdaras, Adrian Popoviçi və Renan Tellesdən gedir.
Bu barədə komandanın baş məşqçisi Samir Əliyev açıqlama verib:
“Çox güman ki, Renan, Jarskis və Popoviçi olmayacaq. Razılaşmışıq, onlarla yollarımızı ayıracağıq. Gedənlər arasında yerlilər də olacaq. Həmçinin təlim-məşq toplanışımızın proqramı da müəyyənləşib. Bunların hamısı bəllidi. 1-2 günə bunların hamısı açıqlanacaq”.
komanda.az
