“Səbail” legioneri ilə yolları ayırdı
05.10.2020 , 14:55

“Səbail” futbolçusu Mabidi Çikito Lema ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
27 yaşlı yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.
Qeyd edək ki, Mabidi Çikito Lema bu ilin fevralında “Səbail”ə keçmişdi.
