“Səbail” “Keşlə” ilə heç-heçə etdi, “Qarabağ”dan qələbə
17.10.2020 , 17:57

Bu gün Azərbaycan Premyer Liqasında VI tura start verilib.
Korner.az xəbər verir ki, günün ilk oyununda “Keşlə” “Səbail”in qonağı olub. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Günün digər oyununda son çempion “Qarabağ” “Qəbələ”ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib.
Bu turun “Neftçi” – “Sabah” və “Sumqayıt” – “Zirə” matçları sabah keçiriləcək.
Azərbaycan Premyer Liqası
VI tur
17 oktyabr
14:00. “Səbail” – “Keşlə” – 1:1
Qollar: Bahadur Həziyev, 51 – Rəhman Hacıyev, 49
Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Nahid Əliyev, Rauf Cabarov.
Bakı. “ASCO Arena”
16:00. “Qarabağ” – “Qəbələ” – 3:0
Qollar: D.Gerye, 44. P.Andrade, 89-pen.T.Bayrampv, 90+1.
Hakimlər: Rəşad Əhmədov, Pərvin Talıbov, Cavanşir Yusifov, Elçin Məsiyev.
Bakı. “Azersun Arena”
