“Keşlə”dən qələbə, “Qəbələ” “Zirə” ilə heç-heçə etdi
16.10.2021 , 19:00

Bu gün Premyer Liqada VII tura start verilib.
Korner.az xəbər verir ki, bu gün iki görüş keçirilib.
Əvvəlcə “Səbail” “Keşlə”ni qəbul edib və 1:2 hesabı ilə məğlub olub. “Zirə” isə “Qəbələ”nin qonağı olub. Oyun 1:1 hesablı heç-heçə ilə bitib.
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.
16 oktyabr
15:00. “Səbail” – “Keşlə” – 1:2
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Nahid Əliyev, Rəşad Əhmədov.
Bakı. “ASCO Arena”
17:00. “Qəbələ” – “Zirə” – 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Vüqar Həsənli.
Qəbələ şəhər stadionu
