Ölkə futbolu

“Səbail” “Keşlə” ilə heç-heçə etdi

24.01.2022 , 17:52

Mövsümün ikinci yarısına hazırlıqlarını Bakıda davam etdirən “Səbail” və “Keşlə” bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçiləri Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında qarşılaşıblar. Oyun 1:1 hesabı ilə başa çatıb.

“Səbail”dən Əfran İsmayılov, “Keşlə”dən isə Rəhman Hacıyev fərqlənib.

Son yazılar

Yuxarı