“Səbail” qalib gəldi, “Sabah” isə heç-heçəyə razılaşdı
25.01.2025 , 20:30
Azərbaycan Premyer Liqasında 20-ci turun görüşləri keçirilib.
Korner.az xəbər verir ki, ikinci oyun günündə iki matç baş tutub.
Günün ilk görüşündə “Səbail” “Kəpəz”i qəbul edib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsi ilə bitib – 1:0. Digər qarşılaşmada isə “Sabah” “Sumqayıt”ı qonaq edib. Bu görüşdə qalib müəyyənləşməyib – 0:0.
16:00 “Səbail” – “Kəpəz” – 1:0.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev
VAR: Tural Qurbanov
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Rəhim Həsənov
ASCO Arena
18:30 “Sabah” – “Sumqayıt” – 0:0.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Rəhman İmami, Rəşad Əhmədov
VAR: Nicat İsmayıllı
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Orxan Məmmədov
Bank Respublika Arena