“Qarabağ” və “Səbail” 4 qolla qalib gəldi
27.08.2022 , 22:24

Azərbaycan Premyer Liqasında IV turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutub.
İlk görüşdə “Səbail” və “Kəpəz” Bakıda üz-üzə gəlib və görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Günün digər matçında son çempion “Qarabağ” “Şamaxı”nı qəbul edib. Ağdam tğmsilçisini bu görüşdə 4 cavabsız qolla qalib gəlib – 4:0.
Azərbaycan Premyer Liqası
IV tur
27 avqust (şənbə)
“Səbail” – “Kəpəz” – 4:1
Qollar: Əfran İsmayılov, 11, Qoba Zabka, 51, Franko Mazurek, 55, Ağabala Ramazanov, 74, 90+4
Hakimlər: Tural Qurbanov, Müslüm Əliyev, Vüsal Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Ömər Paşayev
“ASCO Arena”, 18:00
“Qarabağ” – “Şamaxı” – 4:0
Hakimlər: Nicat İsmayıllı, Cavanşir Yusifov, Eyyub İbrahimov, Cavid Cəlilov
Hakim-inspektor: İmanxan Sultani
“Azersun Arena”, 20:30
