“Səbail” ilk matça çıxır
12.01.2024 , 12:18
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan “Səbail” bu gün ilk yoxlama oyununu keçirəcək.
Korner.az xəbər verir ki, Şahin Diniyevin rəhbərlik etdiyi kollektiv Rumıniya təmsilçisi “Universitatya Kluj” ilə qarşılaşacaq.
Görüşə saat 18:00-da start veriləcək.
Yoxlama oyunu
12 yanvar
18:00 Səbail – Universitatya Kluj (Rumıniya)
