“Səbail” hücumçusunu göndərdi
16.06.2022 , 12:29

“Səbail” daha bir futbolçusu ilə vidalaşıb.
Korner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi hücumçu Rauf Əliyevlə yolları ayırıb.
Son 3 mövsümü “Səbail”də keçirən 33 yaşlı forvard 54 matçda 9 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
