“Səbail” Gürcüstan klubu ilə heç-heçəyə razılaşdı
30.07.2022 , 10:15

Gürcüstanda təlim-məşq toplanışında olan “Səbail” bu gün sonuncu yoxlama oyununu keçirib.
Korner.az xəbər verir ki, Mahmud Qurbanovun çalışdırdığı komanda yerli “Dila” ilə üz-üzə gəlib. Görüş qollu bərabərliklə bitib – 1:1.
“Səbail”in yeganə qolunu 86-cı dəqiqədə Turan Manafov vurub.
“Səbail” Gürcüstan toplanışını 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyətlə başa vurub.
