Ölkə futbolu

“Səbail” daha iki futbolçu ilə müqavilə yeniləyib

14.05.2019 , 10:38

“Səbail” klubu daha iki futbolçusu ilə yeni müqavilə imzalayıb.

Belə ki, paytaxt klubu müdafiəçi Şəhriyar Rəhimov və yarımmüdafiəçi Vüqar Bəybalayevlə də müqavilənin yeniləndiyini açıqlayıb.

Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə Vüqarla 1, Şəhriyarla 2 illik yeni anlaşma imzalanıb.

Qeyd edək ki, “Səbail” daha öncə Rahid Əmirquliyev, Aleksandr Rıbka və Ağabala Ramazanovla yeni müqavilə imzalamışdı.

Son yazılar

Yuxarı