“Səbail” Koçukla yolları ayırdı – RƏSMİ
15.01.2020 , 20:22

“Səbail”də növbəti ayrılıq reallaşıb.
Korner.az xəbər verir ki, klub Yevgeni Koçukla yolları ayırıb. Məlumatı paytaxt təmsilçisinin mətbuat xidməti yayıb.
Koçuk 2018-ci ilin yayından “Səbail”də çıxış edirdi. O, 2017/18 mövsümünün ilk yarısını da bu klubda keçirib.
