“Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı
05.06.2024 , 10:55

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi müdafiəçisi Adil Nağıyevlə vidalaşıb. 28 yaşlı müdafiəçi ilə imzalanmış müqavilənin müddəti başa çatıb.
“Səbail“ futbolçuya xidmətlərinə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, A.Nağıyev 2022-ci ilin dekabr ayından “Səbail”də oynayırdı.
