“Səbail” daha 2 futbolçusu ilə müqavilə yenilədi
11.06.2021 , 18:16

“Səbail” daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb.
Korner.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.
Bunlar qapıçı Şahin Zəkiyev və yarımmüdafiəçi Ədilxan Qarəhmədovdur.
Hər iki futbolçu ilə 1 illik yeni müqavilə imzalandığı diqqətə çatdırılıb.
