“Səbail” də uduzdu
22.07.2018 , 20:38

Türkiyədə təlim-məşq toplanışında olan “Səbail” növbəti yoxlama oyununu keçirib.
Aftandil Hacıyevin komandası 4-cü sınağında PTT 1-ci liqa təmsilçisi “İstanbulspor”la qarşılaşıb və 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “Səbail” bundan əvvəl keçirdiyi oyunlarda “Gənclərbirliyi”nə 0:3, “Sivasspor”a 1:2 hesabı ilə məğlub olub. Qətərin “Əl-Şəhaniyə” komandası ilə matç isə 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
