“Səbail” də hazırlığa start verdi
06.01.2020 , 18:04

Azərbaycan Premyer Liqasında mübarizə aparan daha bir klub mövsümün qalan hissəsinin hazırlığına start verib.
Korner.az xəbər verir ki, qış fasiləsinə yekun vuran “Səbail” bu gün yeni ildə ilk məşqinə çıxıb.
Paytaxt təmsilçisi hazırlığın əsas hissəsini Tükiyədə keçəcək. Komanda 4 yoxlama matçı keçirməyi planlaşdırır. “Səbail” Qazaxıstanın “Jetısu” (15 yanvar), Ukraynanın “Olimpik” (Donetsk, 18 yanvar), Rumıniyanın “Voluntari” (21 yanvar) və Polşanın “Korona” (25 yanvar) klubları ilə qarşılaşacaq.
