“Səbail” də artıq Antalyadadı
12.01.2020 , 18:52

Bakıdakı hazırlıq prosesini başa vuran “Səbail” də Türkiyəyə yollanıb.
Korner.az xəbər verir ki, artıq Antalyaya çatan paytaxt təmsilçisi burada “Miracle Resort Hotel”də məskunlaşıb.
Bu gün səhər saatlarında “Keşlə”, “Qarabağ”, “Qəbələ” və “Sumqayıt” da Türkiyəyə yollanıb.
Bütün klublarımız Antalyada təxminən iki həftəlik təlim-məşq toplanışında olacaq.
