“Səbail” – “Beroa” matçının vaxtı açıqlandı
25.06.2019 , 10:28

“Səbail”in Bolqarıstanın Bansko şəhərindəki təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama matçının başlanma saatı açıqlanıb.
Korner.az klubun “facebook” səhifəsində istinadən xəbər verir ki, paytaxt təmsilçisi yerli “Beroe”ylə görüşü sabah Bakı vaxtı ilə 19:30-da başlayacaq.
Xatırladaq ki, “Səbail” ilk qarşılaşmasında Bolqarıstanın Plovdov “Lokomotiv”inə 0:1 hesabı ilə uduzub.
