“Səbail”in avrokuboklarda debütü uğursuz alındı
11.07.2019 , 10:23

UEFA Avropa Liqasında 1-ci təsnifat mərhələsinin oyunları davam edir.
Korner.az-ın məlumatına görə, bu gün təmsilçilərimizdən ilk olaraq “Səbail” meydana çıxacaq.
Avrokuboklarda debüt edəcək paytaxt təmsilçisi Bakıda Rumıniyanın “Universitatya Krayova” klubunu qəbul edəcək.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü bir həftə sonra Rumıniyada oynanılacaq.
11 iyul
Avropa Liqası, I təsnifat mərhələsi
İlk oyunlar
20:00. “Səbail” (Azərbaycan) – “Universitatya” (Krayova, Rumıniya) 2:3
Baş hakim: Fyodor Zammit (Malta)
Bakı, “ASCO Arena”
