“Səbail” 17-ci mükafatçı oldu
06.05.2019 , 10:51

Topaz Premyer Liqasının 2018/19 mövsümünün mükafatçıları müəyyənləşdi. XXVII turda keçirilən “Qarabağ” – “Səbail” (4:0) və “Qəbələ” – “Neftçi” (1:3) oyunlarından sonra həm qızıl, həm gümüş, həm də bürünc mükafatçı dəqiqləşdi.
PFL-in məlumatına görə, “Səbail” məğlub olsa da, 41 xalla bürünc medalı təmin etdi. Tarixində ilk dəfə mükafatçılar sırasında yer alan paytaxt klubu Azərbaycan çempionatları tarixində medal qazanan 17-ci komanda oldu. Əvvəlki turnirlərdə 16 komanda “üçlüy”ə düşmüşdü.
