big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

RƏZALƏTİN YENİ ADI: AFFA 137 futbolçunu futboldan “qovdu” (YAZI)

18.03.2013 , 02:40

Hörmətli həmkarlarım “Hafiz Məmmədov AFFA prezidenti postuna gətirilir” tipli xəbərləri eksklüzivləşdirib yaydığı vaxtlar idi, uzun fasilədən sonra bir cızma-qara yığırdım Məmmədov başqan olmayacaq istiqamətində. Əlamətlərə inanan adam deyiləm, amma o cızma-qara bithabitdə kompüterin yaddaşından necə silindisə, izi-tozu da qalmadı. Çox uzatmadan, orda demişdim, qoy burda da deyim, ürəyimdə qalar, ölüb eləyərəm, “yüküm” ağır olmasın barı: əzizlərim, siz baxmayın Rövnəq Abdullayevin səssiz qalmasına, o, sadəcə olaraq zorakı başqandı – klublarımızın əksərinin başqanları kimi. Üstünlüyü sadəcə “zorakıların başqanı” olmaqdı, vəssalam.

Abdullayevin ixtiyarı əlində olsa, bu gün tüpürər AFFA prezidentliyinə. ARDNŞ prezidentliyi, millət vəkilliyi xirtdəyədək bəsdi ona, qazandığı 3-5 qəpiklik (istərsən, lap dinarlıq) nüfuzu futbolda itirir. Sadə fakt: Rövnəq Abdullayevin birbaşa ARDNŞ prezidenti, yaxud millət vəkili kimi tənqid olunduğuna rast gəlmisiz mətbuatda? Gəlməyənlər dursun kənara, gələnlər o tənqidlərlə Abdullayevin AFFA başqanı kimi “topladığı” tənqidləri tərəziyə qoysun. Hansı ağır gəldi?

Onun millət vəkilliyi, ARDNŞ prezidentliyi kütlənin əksər hissəsinə deyil, bir qisminə maraqlıdı. Futbol isə 7-dən 77-yə hər 10 nəfərdən 5-nin diqqətindədi Azərbaycan cəmiyyətində. Pullu dayılar diqqət mərkəzində olmaq istəməzlər, əzizlərim. Onlar hər zaman “səhnənin arxasına” qaçarlar…

Abdullayevin AFFA prezidenti kimi işi sıfır deyilsə də, heç 3 də deyil. Nə deyəcəksiz? Stadionları soxacaqsız gözümüzə? AFFA-nın işi stadion tikməkdi? Və ümumiyyətlə, AFFA tikir o stadionları? O stadionlar sənin, mənim haqqım olanın əsasında formalaşan büdcədən gedir. O stadionları biz tikdiririk, AFFA yox… İndi də təzə söz öyrəniblər, inkişaf adına dürtüşdürürlər. Nəymiş? 17 yaşlı qızların dünya çempionatını Bakıda keçiribmişlər.

İmkanım ola, yığam hamınızı, üzünüzə eləcə güləm…

Ayə, a “qıvlasızlar”, onda gərək Fazil Məmədovu 50 metrdən görəndə “parter” vəziyyətinə keçəsiz. Kəmaləddin Heydərov sizi “jeb”lə (canımçün, bilmirdim, sırf sizə görə google-da axtarmışam – ingiliscəymiş, azərbaycancasını bilmirəm) nokauta sala. Və sair və ilin axırına hələ 9 ay var. Siz 17 yaşlı qızların dünya çempionatıyla öyünürsüz, amma bu kişilər güləşin, boksun, taekvandonun ən kral çempionatlarını keçiriblər Azərbaycanda və sizin kimi əl qatmayıblar özlərinə…
 

***
AFFA-nın fondakı başqanı Rövnəq Abdullayev o gün yenə yığıb yaxın ətrafını başına, İcraiyyə Komitəsi keçirib. Hesab-zad veriblər özlərinə. Sonra qalstuklarını bir az da sıxıb ciddi-ciddi qərarlar qəbul eləyiblər. Premyer Liqanın axırıncı dəfə “vay”ına oturmaqlarının 4 ili təzəcə bitmişdi, çıxartdılar qəbirdən, bir-iki şillə-təpik vurub, bir də quyuladılar. Qərarlara baxın:
 
1. 2013/2014-cü il mövsümündən etibarən Topaz Premyer Liqası 10 komanda ilə 4 dövrəli sistemlə keçiriləcək.
2. 2013/2014-cü il mövsümündən etibarən Birinci Divizionda çıxış edən klublar oyuna əsas heyətdə yaşı 21-dək olan 8 futbolçu ilə çıxmalıdır.
3. Arif Əsədov U-19, Aslan Kərimov U-16 və Patrisia Gonzales U-19 qızlar Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təsdiq edilsin.
4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsi yenidən hazırlansın.


AFFA İcraiyyə Komitəsinin üzvləridi. Tanımayanlar da tanısınlar deyə, veririk…

Son iki qərar heç, ilk iki qərarı verəndə bunların fikri hansı boru kəmərindəymiş, hansı “ruletka”daymış, hansı gimnastın yanındaymış – bilmirəm. Bircə onu bilirəm ki, ağıllarına gələn bütün “dəlləklik priyomlarını” sınaqdan keçirirlər…

Nəymiş? Bəylər “altılıq”dan beziblərmiş. Gözümüz aydın, gələn mövsümdən keçirik şotland sisteminə. 10 komandayla 4 dövrəli sistem; birinci divizionda hər komandanın əsas heyətində 8 nəfər 21 yaşadək futbolçu olmalıdı.
İmkanım ola, yığam bunları, soruşam ki, a “qıvlasızlar”, sizin xəbəriniz var ki, 3 gün əvvələdək bəh-bəhlə Premyer-Liqaya sütun qayırmağa çalışdığınız o birinci divizionda nə qədər yaşı 21-i ötmüş futbolçu var? Qəribə sualdı, deyilmi? Guya indiyədək qərarları bilib verirmişlər…

Sizə maraqlı olmayacaq, barı oxucu bilsin. Bəlkə üz-üzə gələndə qırmızı yanaqlarınıza söz deməyə adam çıxdı aralarından…

Qaradağ Lökbatan – 33 (4)
Ağsu – 25 (7)
Neftçala – 23 (2)
Şahdağ – 28 (10)
MOİK – 36 (12)
Bakılı – 30 (3)
Tərəqqi – 28 (4)
Qala – 23 (8)
Şuşa – 30 (22)
Lokomotiv – 28 (28)
Göyəzən – 35 (22)
Energetik – 27 (7)
Şəmkir – 25 (5)
 
Hər klubun qarşısındakı rəqəm hazırda heyətindəki oyunçuların ümumi, mötərizədəki rəqəmsə həmin klubun heyətində olub, 1992-ci ildən bu yana doğulanların sayıdı.

Adi riyazi hesablama aparaq.

Yuxarıdakı rəqəmlərdən çıxan nəticə: hazırda birinci divizionda oynayan 237 futbolçu yeni qərara uyğun gəlmir, yəni yaşları 21-i ötüb…

İndi birinci divizionda 13 komanda var, gələn mövsüm olacaq 15. Hər klub yeni qərara görə məcbur qalıb, heyətində orta hesabla, 6 nəfər 21 yaşdan yuxarı oyunçu saxlayacaq desəm, yəqin ki, etiraz eləməzsiz. Hesablayaq:

15 klub X 6 (yaşı 21-i ötmüş futbolçu) = 90

Bu qalstuklu müəllimlərin xətirləri əzizdi, xətirlərinə 10 nəfər də əlavə edək – oldu 100 futbolçu.
 
237 (yaşı 21-i ötmüş futbolçu) – 100 (yaşı 21-i ötmüş, gələn mövsüm birinci divizionda oynaya biləcək təxmini futbolçu) = 137

Nə oldu nəticə? 137 futbolçunu lazımsız əşyaya çevirdilər…

Yaşı 21-i ötmüş futbolçunun birinci divizionda oynaması nə deməkdi? O deməkdi ki, o futbolçunun Premyer-Liqada yeri yoxdu. Deməli, bu 137 futbolçunun Premyer-Liqaya da yolunu bağladılarmı? Bağladılar. Deməli, 137 nəfərin çörəyini əlindən aldılarmı? Aldılar. Deməli, bu mövsümün axırında Premyer-Liqa klublarımızın heyətdən çıxaracağı 21 yaşdan yuxarı futbolçuların da “kitabları”nı bağladılarmı? Bağladılar. İşsizlər ordusu yaratdılarmı? Yaratdılar. O 137 futbolçunun ən azı 1/3-nin sabah özlərini "lipalaşdırmalarına" yol açdılarmı? Açdılar.

…Və sonra heç nə olmayıbmış kimi, qalstuklarını bir az da bərkidib getdilər…

Saleh Arslan

Son yazılar

To Top