Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, iclasda Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “İnter” – “Neftçi” matçının 49-cu dəqiqəsində “İnter” klubunun 14 №-li futbolçusu Xanlar Zamanov əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 76-cı dəqiqəsində “İnter” klubunun 31 №-li futbolçusu Adil Nağıyev kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Qəbələ” – AZAL matçının 87-ci dəqiqəsində AZAL klubunun 18 №-li futbolçusu Abbas Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Turan” – “Xəzər Lənkəran” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).
Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin VII turunun “Rəvan” – “Kəpəz” matçının 43-cü dəqiqəsində “Rəvan” klubunun 8 №-li futbolçusu Kənan Məmmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin VI turunun “Sumqayıt” – “Neftçi” matçının 55-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Fariz Ramazanov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.