Bu gün Azərbaycan Premyer Liqasında IX turu çərçivəsində "Rəvan" səfərdə "Sumqayıt"ın qonağı olub.
Korner.az-ın məlumatına görə, meydan sahiblərinin 1:0 hesablı məğlubiyyəti ilə başa çatan oyundan sonra "Rəvan"ın baş məşqçisi Kemal Alispahiç oyundan sonra keçirilən mətbuat konfransında qələbəni şərh edib:
"Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Sərt əsən külək və stadionun ot örtüyünün vəziyyətinin pis olmasına baxmayaraq, komandam qalib gəlmək üçün əlindən gələni etdi. Bəzilərinə oyunumuz maraqsız görsənsə də, bizim üçün əsas olan nəticə idi. Hesab arasındakı fərq daha böyük ola bilərdi".