Milli komandaların oyunları ilə əlaqədar olaraq yaranan fasilə zamanı, Bakının “Rəvan” klubu, Qusarın “Şahdağ” klubu ilə yoldaşlıq görüşü keçirib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun 2-2 hesabı ilə yekunlaşıb.
Baş məşqçi Vladislav Qədirov bu oyunda yüngül zədəsi olan Elvin Həsənəliyev, Aqil Nəbiyev, Rəşad Abdullayev və Əziz Quliyevin, o cümlədən hələ ki fərdi məşqlərlə kifayətlənən Xuan Manuel Vareanın xidmətindən yararlana bilməyib.