Türkiyə millisinin sabiq qapıçısı Rüştü Rəncbər komandanın baş məşqçisi Farih Terimi sərt tənqid edib.
Korner.az-ın məlumatına görə, o, millinin DÇ-2018-in seçmə mərhələsində İslandiyaya uduzduğu oyunla bağlı “Hürriyyət” qəzeti üçün yazdığı “Artıq sənə inanmırıq” başlıqlı yazıda istefaya çağırıb:
“Hörməti sevgi ilə yox, qorxu və hədə ilə qazanmağa çalışan Fatih Terim, son 3 ildə heç bir şey vermədiyin türk futboluna ən böyük faydanız istefanız olar”.
