Rüştüdən bəd xəbər
01.04.2020 , 10:19

Türkiyə millisinin sabiq qolkiperi Rüştü Rəçbərin durumu getdikcə ciddiləşir.
Korner.az-ın məlumatına görə, koronavirusa yoluxan veteran qapıçının vəziyyəti ağırdır. Onun səhhətinin həkimləri narahat etdiyi bildirilib.
Məşhur “Marca” nəşri sosial şəbəkə hesabından paylaşım edərək, Rüştünün durumunun kritik olduğunu və “Barselona”nın sabiq qapıçısına İspaniyadan dəstək olduqlarını qeyd edib.
