Rüştü Recber koronavirusa qalib gəldi
10.04.2020 , 21:47

Türkiyə millisinin sabiq qapıçısı Rüştü Reçber koronavirusdan sağalıb.
Korner.az xəbər verir ki, bu barədə qapıçının həyat yoldaşı İşıl Reçber “İnstagram” hesabı vasitəsilə məlumat yayıb.
O, Rüştünün sonuncu analizinin nəticəsinin mənfi çıxdığını açıqlayıb.
Qeyd edək ki, o, karyerası ərzində “Fənərbağça” və “Beşiktaş”, eləcə də İspaniya “Barselona”sının formasını geyinmiş Rüştü hazırda Türkiyə Futbol Federasiyasında Futbolun inkişafı koordinatoru vəzifəsində çalışır.
